AZ

Rusiya ordusunun Pokrovsk bölgəsində irəliləyişi ilə bağlı məlumat doğru deyil... - RƏSMİ

Yazını böyüt
Yazını kiçilt

Pokrovsk ərazisində kiçik düşmən qruplarının Ukraynanın arxa tərəfinə “sızması” var, lakin irəliləyişdən söhbət getmir.

Hafta.az “UNİAN”a istinadla  xəbər verir ki, bunu “Dnepr” Əməliyyat-Strateji Qüvvələr Qrupunun (ƏSQV) mətbuat katibi Viktor Trequbov deyib.

“Hazırda Pokrovsk və Dobropolski istiqamətlərində vəziyyət xəritələrin açıq mənbələr əsasında necə tərtib edildiyini başa düşməyənlər üçün bir qədər çaşqınlıq yaradır”,- o, qeyd edib.

Trequbovun sözlərinə görə, ruslar “sızma taktikası” tətbiq edir, yəni düşmənin müəyyən sayda kiçik qrupları daim Ukraynanın mövqelərinə təzyiq göstərir və birinci xəttdən yan keçərək onun arxasına keçməyə çalışırlar.

Məlumatda bildirilir ki, Pokrovsk istiqamətində düşmən Ukrayna bölmələrini geri çəkməyə 35 cəhd edib. 11 avqust bazar ertəsi saat 22:00-dan etibarən Baş Qərargah üç toqquşmanın davam etdiyini bildirib.

Qeyd olunur ki, düşmən öz say üstünlüyündən istifadə edir və geniş miqyasda şəxsi heyətini itirməsinə baxmayaraq, Ukrayna mövqelərinin birinci cərgəsindən kiçik qruplar şəklində nüfuz etməyə çalışır.

Departamentdən bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı Aleksandr Sırski müdafiə xəttinə nüfuz edən düşmən təxribat qruplarının müəyyən edilərək məhv edilməsi üçün əlavə qüvvə və resursların ayrılması barədə qərar qəbul edib.

Baş Qərargah düşməni əzmlə saxlayan 39-cu əlahiddə sahil müdafiə briqadasının əsgərlərinin də xidmətlərini də qeyd edib.

Seçilən
2
hafta.az

1Mənbələr