AZ

Şəkidəki Uşaq Musiqi Məktəbinə qəbul BƏRPA EDİLDİ – FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl 3 nömrəli Şəki şəhər Musiqi Məktəbində rəsmi qəbul keçiriləndən, şagirdlərin səhifəsinə elektron qaydada qəbul haqda məlumat daxil olandan sonra bildirişlər sıfırlanmışdı.

Bu gündən etibarən isə Mədəniyyət Nazirliyinin müvafiq qurumları tərəfindən həmin məktəbə qəbul bərpa olunub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna musiqi məktəbin direktoru Şəmsiyyət Əsgərova məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbuldan sonra İMTİNA – Şəkidəki musiqi məktəbi niyə BAĞLANIR? - FOTO


O bildirib ki, artıq şagirdlərin nəticələri sistemdə görünür.

Məktəb direktoru çoxsaylı valideynlərin və məktəb kollektivinin səsini eşidən, qəbulu bərpa edən aidiyyatı bütün qurumlara təşəkkürlərini çatdırıb, fəaliyyətlərində daha inam və zövlə çalışaçaqlarına, dünya səhnələrində çıxış edə biləcək incəsənət xadimləri yetişdirəcəklərinə söz verib.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Seçilən
5
bizim.media

1Mənbələr