Azərbaycanda 1990-cı illərdə 50-60 nəfər qadını öldürüb, sonra isə ətindən qutab bişirib satan İqor adlı manyakla bağlı müsahibə, yenidən gündəmə gəlib. Belə ki, 2001-ci ildə ölkə teleməkanında yayımlanan “Ailələr və talelər” verilişində jurnalist Nailə İslamzadənin suallarını cavablandıran adamyeyən manyak öz dəhşətli əməllərini bütün çılpaqlığı ilə danışmışdı. Üzərindən uzun illər keçməyinə baxmayaraq, bu məsələ müxtəlif zaman kəsmində yenidən gündəmə gəlib.
Herbiand.az xəbər verir ki, şəxsin qadınları yeməsinin əsas səbəbi, əvvəlki dövrlərdə sevgilisindən yox cavabı alması olub. Şəxs 20-25 yaşlı qızlarla tanış olduqdan sonra onları Xaçmaza cinayət ortağının evinə aparırmış.
Manyak müsahibəsində bunu da, bildirmişdi ki, həbsdən çıxdıqdan sonra əməllərini yenə davam etdirəcək. Məsələ dövrlər ərzində gündəmə gəldikcə onun hal-hazırki durumu haqqında bir çox redaksiya məlumat əldə etməyə çalışa da, bu mümkün olmayıb.