AZ

Fransada bakteriya riski ilə əlaqədar bəzi pendir növləri satışdan yığışdırılır

Paris, 12 avqust, AZƏRTAC

Fransada “U” və “Lidl” supermarketlərində satışa çıxarılan bir neçə pendir partiyası “Listeria monocytogenes” bakteriyası ilə yoluxma riski səbəbindən yığışdırılır.

AZƏRTAC xəbər verir ki, bunlar “Chene d’Argent” markasına aid “Camambert” keçi pendiri, “Coulommiers”, “Le Doucremeux”, “Le Carre 23%” pendirləridir.

İstehlakçılara bu pendirləri istehlak etməmək və müvafiq qurumların rəsmi xəbərdarlıqlarını izləmək tövsiyə olunub.

Qeyd edək ki, “Listeria” ciddi infeksiya xəstəliyidir və risk qrupuna daxil olan şəxslər, xüsusilə hamilə qadınlar, yaşlılar və körpələr üçün təhlükəlidir.

 

 

Seçilən
123
2
azertag.az

2Mənbələr