AZ

Alyaskada üçlü zirvə

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Publika.az Telegraf.ua-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat verib.

"Əlbəttə, liderlər səviyyəsində, üçtərəfli görüşümüz olacaq, amma tarixi bilmirəm", - o, Putin və Tramp arasında Alyaskada keçiriləcək danışıqları şərh edərkən deyib .

O, Rusiya və ABŞ liderlərinin görüşünün onların ikitərəfli xətti üçün vacib ola biləcəyini, lakin Ukrayna ilə bağlı qərarın Ukraynasız qəbul olunmayacağını qeyd edib.

Seçilən
99
22
publika.az

10Mənbələr