Fransanın 14 əyaləti yüksək temperaturla əlaqədar qırmızı həyəcan vəziyyətindədir
Fransanın cənubundakı 14 departamentdə həddindən artıq istilərlə əlaqədar xəbərdarlıq səviyyəsi “qırmızı”ya qaldırılıb.
Milli KİV-in məlumatına görə, əsasən ölkənin cənub-qərbində yerləşən 14 əyalət isti hava dalğasına məruz qalıb.
Fransa Meteorologiya Agentliyi, Meteo-France, termometrlərin Aude departamentində 42 dərəcə Selsi, Rhone departamentində və Lion şəhərində isə temperaturun 41 dərəcə Selsiyə çatacağını bildirdi.
Həddindən artıq istilərə görə "qırmızı xəbərdarlıq" verilən əyalətlərə Gironde, Dordogne, Lot-et-Garonne, Landes, Lot, Tarn-et-Garonne, Gers, Tarn, Haute-Garonne, Rhone, Isère, Drome və Ardéche daxildir.
Yayın ən böyük meşə yanğınının qeydə alındığı və 16 min hektardan çox əraziyə ziyan vurduğu Aude əyalətində də xəbərdarlıq səviyyəsi “qırmızı”ya qaldırılıb.
aia.az
Tərcümə şöbəsi