ain.az bildirir, Fanat saytına əsaslanaraq.
İspaniya nəhəngi Atletiko Madrid heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi "Napoli"dən Cakomo Raspadorini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü üçün "Napoli"yə 26 milyon avro təzminat ödəniləcək. 25 yaşlı hücumçu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 2022-ci ilin yayından "Napoli"də çıxış edən Raspadori ötən mövsüm komandada 29 rəsmi matçda 6 qol vurub və 2 məhssuldar ötürmə edib.
Kamil Xudiyev
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.