AZ

Məşhur pilotun restoranlar şəbəkəsi bağlanır

Yeddiqat Formula 1 çempionu Lyuis Həmiltonun təsisçisi olduğu “Neat Burger” restoranlar şəbəkəsi ləğvetmə prosesinin başladığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə “QSR Media” Böyük Britaniya Qeydiyyat Palatasına istinadən məlumat yayıb.
 

Əsas diqqəti veqan qidasına yönəldən müəssisələr şəbəkəsi 6 il əvvəl Hollivud super ulduzu Leonardo Di Kaprionun dəstəyi ilə açılıb. Bu müddət ərzində Londonda, Milanda və Nyu-Yorkda bir neçə restoran fəaliyyət göstərib.


Şirkət son bir neçə ildə maliyyə çətinliyi yaşayır. 2022-ci ildə itkilər əvvəlki illə müqayisədə təxminən 10,6 milyon dollar təşkil edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
100
bizim.media

1Mənbələr