AZ

Son dövrlər qəbul imtahanlarında 700 bal toplayanlar yoxdu

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Son dövrlər qəbul imtahanlarında 700 bal toplayanlar yoxdu. Bunun səbəbi 2019-cu ildən etibarən imtahanlarının kurikulum sistemi əsasında keçirilməsidir. Burada situasiya tipli açıq suallar öz əksini tapır və şagirdlər bu zaman maksimum nəticə əldə edə bilmirlər. Ancaq kurikulumdan əvvəl - 2018-ci il qəbul imtahanlarında 29 nəfər maksimum nəticə əldə etmişdi".

Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a deyib. O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi  imtahan suallarının səviyyəsini hər il sadə, orta və çətin olmaqla eyni təyin edir. Bu il də eyni meyarlar əsasında imtahan keçirilir:

"Ancaq qəbul imtahan sisteminin dəyişdirilməsi yüksək bal toplayanların sayının azalması ilə nəticələnir”.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
525.az

1Mənbələr