AZ

Trampın yaxını olan dünya şöhrətli amerikalı vəkil Ermənistanda kilsəyə qarşı hücumları pislədi...

Yazını böyüt
Yazını kiçilt

Avqustun 11-də təcili səfərlə Ermənistana gəlmiş ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan dünya şöhrətli hüquqşünas və 1-ci dərəcəli beynəlxalq hüquq müdafiəçisi Robert Amsterdam 12 avqustda İrəvanda jurnalistlərlə görüşündə ölkədə müxalifətə kəskin hücumlara və kilsəyə qarşı edilən təzyiqlərə münasibət bildirib. O, XXI əsrdə, mədəniyyətli cəmiyyətdə, dünyəvi hakimiyyətin xristianlara qarşı belə səviyyədə təzyiqlər göstərməsini inanılmaz və narahatedici adlandırıb.

Hafta.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.

Amsterdan bildirib ki, vətəndaş cəmiyyəti bu məsələləri hökumətlə müzakirə etməli, lakin kilsə rəhbərliyinə və kilsəyə qarşı fiziki hücumlar və təzyiqlər beynəlxalq hüquq və əxlaq qaydalarını pozur. O, bu cür təzyiqlərin hüququn üstünlüyünü və beynəlxalq qanunları ciddi şəkildə pozduğunu vurğulayıb.

Siyasi təzyiqlərin və hüquq pozuntularının geniş yayılmasından narahat olan hüquqşünas, Ermənistan hökumətinin özünü qanunlardan kənarda qoymasının nəticələrinin təhlükəli olduğunu və belə bir vəziyyətdə təhlükəsizlik olmadığını qeyd edib.

Xülasə olaraq, Amsterdan hökumətə qarşı tənqidlərini açıq şəkildə ifadə edib və hüquq pozuntularına diqqət çəkib.

Seçilən
10
hafta.az

1Mənbələr