LAÇIN, 12 avqust. TELEQRAF
Laçında toylarda müğənni kimi tanınan Səfər Quliyevin qətlinin təfərrüatları məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Səfər Quliyevİ qardaşı öldürüb.
Hadisə rayonun Fingə kəndində baş verib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisənin baş vermə səbəbi ailədaxili mübahisə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb