Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və bunu heç kim etməyəcək“.
AzPost bildirir ki,bu sözləri prezident Vladimir Zelenski bu günkü tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, danışıqlara gəlincə, istənilən halda, onlar liderlər səviyyəsində önəmlidir.
“ABŞ prezidenti ilə Putin arasında söhbət, şübhəsiz ki, onların ikitərəfli gündəliyi üçün əhəmiyyətli ola bilər. Amma bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. ümid edirəm ki, ABŞ prezidenti bunu başa düşür və dərk edir. Təbii ki, üçtərəfli formatda liderlər səviyyəsində görüşümüz olacaq, amma tarixini bilmirəm”-deyə Zelenski vurğulayıb.
Zelenski deyib ki, müharibəni bitirmək üçün hər şeyi etməliyik: “Elə şeylər var ki, sənin ürəyindədir, elə şeylər var ki, sənin Konstitusiyandadır. Düşünürəm ki, öz azadlığından, müstəqilliyindən imtina etmək yolverilməzdir. Çünki bizim üçün nə qədər ağır olsa da, bu müharibə Ukraynanın müstəqilliyi uğrundadır. Ukrayna artıq müstəqillik uğrunda bu müharibədə davam gətirib. Bir az da irəli getməliyik ki, bizi heç kim sındıra bilməsin”.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.