AZ

Xəzər dənizi sahilində təmizlik aksiyası təşkil edilib

Yazını böyüt
Yazını kiçilt

Neftçala Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Xəzər Günü” çərçivəsində Neftçala rayonunda Xəzər dənizi sahilində növbəti təmizlik aksiyası həyata keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətindən hafta.az-a verilən məlumata görə, aksiyada rayon icra hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, Neftçala MKTB-nin əməkdaşları, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Xəzər dənizi sahil zonalarının, dəniz suyunun məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, ətraf mühitin mənfi təsirlərdən qorunmasına töhfə vermək, eləcə də Xəzər dənizində və sahilboyu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əməkdaşlığı gücləndirməkdir. Rayon sakinlərinə və qonaqlara rayon ərazisini, xüsusilə də Xəzər dənizinin sahilini təmiz saxlamaq tövsiyə olunub.

Seçilən
2
2
hafta.az

3Mənbələr