ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü barəsində cinayət işi başlanıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Nevşehir bölgəsində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, Qazi İ. adlı sürücü idarə etdiyi 50-EZ-933 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobillə Nar küçəsinə daxil olaraq əks istiqamətə hərəkət edib. Bir müddət sonra qarşısına çıxan başqa bir maşın onun hərəkət etməyinə yol verməyib. Qaydapozucu bu dəfə Atatürk küçəsinə keçərək piyada səkisi ilə davam edib. Piyadaların çox olduğu səkidə bir müddət hərəkət edən sürücü daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Qazi İ. bütün bu qayda pozuntularına görə 470 manat məbləğində cərimə edilib. Bundan başqa, barəsində cinayət işi başlanıb, sürücülük vəsiqəsi əlindən alınıb və avtomobil cərimə meydançasına aparılıb.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.