ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
PSJ müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 nəhəngi "Bornmut"dan İlya Zabarnıyı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PSJ ukraynalı mərkəz müdafiəçisi üçün İngiltərə klubunaa 60+3 milyon avro təzminat ödəyəcək. 22 yaşlı mərkəz müdafiəçisi Paris klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Bornmut" İlya Zabarnıyı 2023-cü ilin yanvar ayında Kiyev "Dinamo"sundan transfer etmişdi. Ukrayna millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.