Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı aparıblar.
Adalet.az xəbər verir ki, telefon danışığında tərəflər Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə ediblər.
Onlar Rusiya-Amerika sammitinin Alyaskada uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.