
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) qarşılaşması başlayıb.
Yeniavaz.com xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Xatırladaq ki, Skopyedəki ilk oyunda Ağdam təmsilçisi 1 cavabsız qolla qalib gəlib.
***
9-cu dəqiqədə Fabris Tamba hesabı açdı, 0:1
***
16-cı dəqiqədə Klisman Cake avtoqol müəllifi oldu, 1:1
***
18-ci dəqiqədə Kadi Borges fərqlənir, 2:1
***
32-ci dəqiqədə Nəriman Axundzadə fərqlənir, 3:1
***
34-cü dəqiqədə Marko Yankoviç hesabı artırır, 4:1
***
Birinci hissə başa çatdı
***
İkinci hissə başladı
***
59-cu dəqiqədə Leandro Andrade fərqlənir, 5:1
***
Oyun bitdi.