AZ

100 yaşlı müharibə veteranından maraqlı uçuş

ain.az, 525.az portalına istinadən məlumat verir.

ABŞ-də İkinci Dünya müharibəsi veteranı, 100 yaşlı Co Peterburs pilotluq edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniyada reallaşan uçuşun başqa bir maraqlı tərəfi Peterbursun idarə etdiyi təyyarənin İkinci Dünya müharibəsi dövründə istifadə olunmasıdır.

1942-ci ildə, 18 yaşı olarkən ABŞ Hərbi Hava Qüvvələrində xidmətə başlayan Co P-51 Mustang markalı qırıcısı ilə 49 dəfə döyüşə qatılıb, 1 dəfə düşmən tərəfindən vurulub. Katapult edən pilot almanlara əsir düşsə də, sonradan əsirlikdən qaça bilib.

Müharibədən sonra xidməti davam etdirən veteran Koreya və Vyetnam müharibələrinin də iştirakçısı olub, 1969-cu ildə təqaüdə çıxıb.

Qeyd edək ki, indiki uçuş zamanı Peterbursun etdiyi manevrlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr