UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edib.
Pravda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə meydan sahibləri rəqiblərini 5:1 hesabı ilə darmadağın edib.
Bununla da, "Köhlən atlar" Çempionlar Liqasının “play-off” mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tarix: 12 Avqust 2025, 22:01