AZ

Bu vaxtlarda su içməyin - Zərərləri var

Su insan həyatı üçün əvəzolunmazdır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanlış vaxtda içilən su həzm pozğunluqlarına, yuxusuzluğa və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Yemək vaxtı və ya dərhal əvvəl su içmək mədə turşusunu və həzm fermentlərini sulandırır. Bu isə şişkinlik, narahatlıq və həzmsizlik yaradır. Su yeməkdən təxminən 30 dəqiqə əvvəl qəbul edilməlidir.

Soyuq su mədənin istilik balansını pozaraq qidanın həzm olunma müddətini uzadır. Bəzi hallarda isə mədə ağrısı və kramp yarada bilər.

Gecə çox su içmək tez-tez sidiyə çıxmağa səbəb olaraq yuxunun bölünməsinə gətirib çıxarır. Bu isə səhər yorğun oyanma riskini artırır. Mütəxəssislər yatmazdan ən azı 2 saat əvvəl su qəbulunun məhdudlaşdırılmasını tövsiyə edir.

Soyuq su həmçinin boğazda qıcıqlanma və ağrını artıra bilər. Bu zaman otaq temperaturunda və ya ilıq su içmək daha faydalıdır.

Bəs su nə zaman içilməlidir?

  • Səhər yuxudan sonra: Maddələr mübadiləsini sürətləndirir.

  • Yeməkdən 30 dəqiqə əvvəl: Həzmə hazırlıq üçün faydalıdır.

  • Gün ərzində fasilələrlə: Orqanizmin su balansını qoruyur.


Seçilən
15
manset.az

1Mənbələr