“Milan”ın hücumçusu Santiaqo Ximenes baş məşqçi Massimiliano Alleqrinin komandadakı təsiri barədə fikirlərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sport Italia" 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“İndi komandada əvvəlki bir neçə ayla müqayisədə tam fərqli ab-hava var. Alleqrinin oyunçuları birləşdirə bilən məşqçi olduğunu görürük, o, inanılmaz intensivliklə çalışır. İlk məşqdən etibarən hiss etdim ki, bizi möhtəşəm mövsüm gözləyir.”
Ötən mövsüm Seriya A-da “rossoneri” səkkizinci yeri tutmuşdu. İtaliyalı mütəxəssis 11 ilə yaxın fasilədən sonra “Milan”a geri dönüb və 2024/25 mövsümünün sonunda komandadan ayrılan Serjyu Konsesau yerinə gətirilib.