"İlk olaraq mən “Qarabağ” azarkeşlərini təbrik edirəm. “Qarabağ” bu qələbəyə layiq idi". Metbuat.az-ın məlumatına görə, bunu “Şkəndiya”nın baş məşqçisi Ceton Beqiri Bakıda “Qarabağ”la keçirilən (5:1) oyundan sonrakı mətbuat konfransında söyləyib.O bildirib ki, ""Qarabağ çox yaxşı oynayıb:“5:1 məğlub olmuşuq deyə bununla bağlı çox sözüm yoxdur. Bu nəticəni gözləmirdik. Çalışacağıq ki, belə oyunları analiz edib nəticə çıxaraq. ‘Qarabağ’ daha təcrübəli oynadı və növbəti mərhələdə uğurlar arzu edirəm”.Sevinc İbrahimzadə / Metbuat.az