AZ

Antarktidada 66 il əvvəl itkin düşən alimlərin qalıqları tapıldı

1959-cu ilin yayında Böyük Britaniyalı alim Dennis Bell və üç həmkarı Antarktidada geoloji kəşfiyyat ekspedisiyasına çıxmışdılar.

Onlar iki it sürüsü ilə hərəkət edirdilər. Səfər zamanı itlər özündən çıxaraq irəli getməkdən imtina etdilər. Dennis Bell onları ruhlandırmaq üçün önə getdi, lakin buzlaq arasında yaranmış çatda düşdü və itkin düşdü.

Onun cəsədi uzun illər tapılmamışdı. Lakin buzlağın əriməsi nəticəsində Birləşmiş Krallığın Antarktika xidməti alimlərin qalıqlarını daşların arasında aşkar edib. Bu tapıntı uzun illər davam edən sirrə son qoydu.

Antarktika Xidmətinin direktoru professor Ceyn Frensis bildirib ki, Dennis Bell erkən dövrdə Antarktida elminin inkişafına böyük töhfə vermiş alimdir. Onun itkisi həmkarları arasında böyük kədər doğurub və bu kəşf alimlərin şərəfinə dərin hörmət ifadəsidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
42
editor.az

1Mənbələr