AZ

“Torino”  “İnter”in futbolçusunu heyətinə qatmaq istəyir

 “İnter”in yarımmüdafiəçisi Kristyan Asllani karyerasını “Torino” klubunda davam etdirəcək.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, albaniyalı forvardın xidmətində  “Torino” klubu maraqlıdır.

23 yaşlı futbolçu ilə “Bolonya” və “Fiorentina”nın da maraqlanır. Lakin “Torino” üçün danışıqlar asan olmayacaq, çünki “İnter” oyunçunu aşağı qiymətə buraxmaq niyyətində deyil.

Asllani əvvəlcə Hakan Çalhanoğlunun əvəzedicisi olub, lakin Petar Suçiçin transferindən sonra əsas heyətə düşmək şansları daha da azalıb.

Ötən mövsümdə Asllani 39 görüşdə meydana çıxıb, orta hesabla hər oyunda 48 dəqiqə oynayıb, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
96
90deqiqe.az

1Mənbələr