AZ

Səlim Həşimov “Şamaxı”da

2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Şamaxı” heyətini yeni qapıçı – Səlim Həşimov ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sözügedən klub müqavilə ilə “Zirə”yə məxsus olan Səlim Həşimovu icarə əsasında heyətinə qatıb. 19 yaşlı qapıçı növbəti mövsümün sonunadək “Şamaxı”da çıxış edəcək.

“Zirə”nin əvəzedicilərdən ibarət komandasının üzvü olan Həşimov Azərbaycanın U-16 və U-19 yığmalarında da forma geyinib.

“Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov və Abdullahi Şuaybunu da heyətinə qatmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli də klubla yeni müqaviləyə imza atıblar. Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov, Səbayıl Bağırov və Sahib Həsənov isə komandanı tərk ediblər.

Seçilən
21
1
arena.az

2Mənbələr