Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yola qaçan azyaşlını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri ərazidə yerləşən fərqli kameralar tərəfindən qeydə alınıb.
Pesoçnı kəndində 75 yaşlı sürücü idarə etdiyi avtomobillə hərəkətdə olan zaman qəfildən qarşısına 2 yaşlı uşaq çıxıb. Reaksiya verməyə vaxtı olmayan sürücü azyaşlını vurub. Qəza nəticəsində xəsarətlər alan uşaq xəstəxanaya aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilib.
Sözügedən hadisənin videosunu anbaan təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.