ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan və Ermənistanın ABŞ ilə imzaladığı ikitərəfli iqtisadi sazişlər Amerika xalqı və biznesləri üçün yeni imkanlar yaradacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus bildirib.
"Azərbaycan və Ermənistan liderləri ABŞ ilə Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində əhəmiyyətli potensialını açan, amerikalılar və amerikalı şirkətlər üçün yeni imkanlar yaradan ikitərəfli iqtisadi sazişlər imzalayıblar", - deyə Bryus vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında imzalanan sənəd "Prezident Trampın həqiqətən də dünyanın prezidenti olduğunu" təsdiqləyib:
"Prezident Tramp sübut etməyə davam edir ki, bütün dünya xalqları uzun müddət davam edən münaqişələrin öhdəsindən gələ bilər və sülh, firavanlıq, uğurun birgə gələcəyinə doğru irəliləyə bilər".
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda birgə bəyanat imzalayıblar.
Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin yaradılması haqqında Saziş" layihəsini paraflayıb və ATƏT-in Minsk prosesinin bağlanmasına dair birgə müraciət imzalayıblar.
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.