Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rafael Rafiq oğlu Bünyatovun 8 avqust 2025-ci il tarixində Prosport.az saytına müsahibəsində özünü Karate Federasiyasının vitse-prezidenti kimi təqdim edib.
Mia.az Sitat.info-ya istinadla xəbər verir ki, deputat Ülvi Quliyevin prezidenti olduğu Azərbaycan Karate Federasiyasının rəsmi saytında isə Rafael Bünyatovun İdarə Heyətinin üzvü olması ilə bağlı məlumat əksini tapıb.
Federasiyanın bir neçə vitse-prezidenti olsa da, Rafael Bünyatovun adı onların arasında yoxdur.
Qeyd edək ki, ötən ay Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi Vüsal Abdullazadə də mətbuata açıqlamasında bildirmişdi ki, Rafael Bünyatov hazırda Azərbaycan Karate Federasiyasının üzvüdür. Bəs belə olduğu halda R.Bünyatov necə özünü vitse-prezident adlandırır.
Vaxtilə rəhbərlik etdiyi Azərbaycan Kosiki Karate-do Federasiyasının Karate Federasiyasına birləşdirilməsinə görə, deputat Ülvi Quliyevlə problem yaşayan Rəfael Bünyatovun bu açıqlama ilə vermək istədiyi mesaj nədir?
Xatırladaq ki, Rəfael Bünyatov iş adamı Adnan Əhmədzadənin yaxın dostu kimi tanınır. Sonuncu müsahibəsində də bu dostluq haqqında danışaraq, "Adnan Əhmədzadə mənə doğma qardaş kimidir" ifadəsini işlədib.
Onların münasibətləri təkcə dostluq-qardaşlıqla bitmir. Adnan Əhmədzadənin ASTA (Azerbaijan Sport Talents Academy) Akademiyasına və Barselona futbol akademiyasına Rəfael Bünyatov rəhbərlik edir və bütün işlərin əsas icraçısıdır. Eyni zamanda Adnan Əhmədzadənin sponsorluq etdiyi "Mingəçevir" klubunun sahibidir/Sitat.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.