AZ

“Sabah” - “Qarabağ” oyunu təxirə salındı - Səbəb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün 1-ci turunun “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu haqda paytaxt klubunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilir ki, komandaların rəsmi görüşləri arasında minimum 48 saatlıq vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən, bu matç başqa vaxta təyin ediləcək. Hələlik oyunun yeni tarixi açıqlanmayıb.

Xatırladaq ki, sözügedən qarşılaşma avqustun 17-də “Masazır Arena”da keçirilməli idi. Peşəkar Futbol Liqasının açıqladığı oyun cədvəlinə əsasən, qarşılaşmaya saat 18:30-da start verilməli idi. Amma PFL hələ nə matçın təxirə salındığını, nə də yeni tarixi açıqlayıb. Sözügedən qurum bununla bağlı böyük ehtimalla sabah rəsmi açıqlama yayacaq.

Sonda onu da bildirək ki, “Sabah” avqustun 14-də Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Levski” komandası ilə üz-üzə gələcək. Bu görüşə saat 20:00-da start veriləcək. Ötən həftə keçirilmiş ilk oyunda bolqarlar 1:0 hesablı qələbəyə seviniblər.

“Qarabağ” isə bu gün Şimali Makedoniyanın “Şkendiya” komandasına cavab matçında 5:1 (ilk oyun 1:0) hesabıyla qalib gələrək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Seçilən
37
50
arena.az

10Mənbələr