AZ

TRAMPLA PUTİN ARASINDA TƏKBƏTƏK GÖRÜŞ: məkan bəlli oldu Ağ Evdən açıqlama

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək təkbətək görüşün məkanı bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Leavitt açıqlama verib.

O, təkbətək görüşün Alyaskanın Ankoric qəsəbəsində keçiriləcəyi haqda xəbəri təsdiqləyib: "Biz avqustun 15-də keçiriləcək Tramp-Putin görüşünə böyük ümidlə baxırıq. Bu görüşün məqsədi prezident Trampın Ukrayna ilə Rusiya arasındakı müharibəni necə bitirəcəyimizi daha yaxşı başa düşməsi üçün mühümdür".

Mətbuat katibi Ukrayna prezidenti Vladimir Zelenskinin niyə görüşə dəvət edilməməsi ilə bağlı suala cavabda deyib ki, Tramp Zelenski ilə daha sonra görüşə bilər: "Tramp və Putin təkbətək görüşəcək. Bəli, belə razılaşdıırlıb. Ümid edirik, Putin bu görüşdə çox konstruktiv davranacaq".

Xatırladaq ki, Zelenski Tramp-Putin görüşünün Ukraynasız keçirləməsini qəbuledilmzə sayıb. O, görüşdə onlarsız ölkəsinin müzakirəsini və hər hansı bir qərarın qəbulunun əhəmiyyətisiz olacağını bəyan edib: "Biz Ukrayna ərazisini də heç bir halda güzəştə getməyəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
mia.az

3Mənbələr