AZ

Bürc proqnozuna inanıb lotoreya aldı, 10 milyon uddu

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskvada yaşayan Yekaterina adlı qadın iki ay ərzində iki dəfə böyük lotereya uduşu qazanıb.

Milli.Az xəbər verir ki, o, qalibiyyətlərini bürc proqnozlarına əsaslanaraq əldə edib.

İlk uğur mayın 18-də baş verib. Balıqlar bürcünün ulduz falında "uğurlu gün" kimi göstərilən tarixdə Yekaterina 5 milyon rubl qazanıb. Avqust ayında isə o, bilet ilə bu dəfə 10 milyon rublluq uduş əldə edib.

"Kiçik borclarım vardı, elə düşündüm ki, bəlkə 10 min rubl qazanaram. Amma 10 milyon gəldi" - deyə Yekaterina bildirib.

O, qazandığı pulları ailəsinə kömək, xeyriyyə işləri və yeni mənzil almaq üçün xərcləməyi planlaşdırır. Həmçinin Moskvaya yaxın ərazidəki heyvan sığınacağını dəstəkləmək və mərhum əmisi oğlunun xatirəsinə abidə ucaltmaq niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Moskvada başqa qadın alış-veriş mərkəzində bal almağa gedərkən təsadüfən aldığı lotereya bileti ilə 100 milyon rubl qazanmışdı.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
news.milli.az

2Mənbələr