ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Vatsap Android üçün buraxılmış beta versiyasında "Haqqında" bölməsində vaxt təyin edilmiş status funksiyasını sınaqdan keçirməyə başlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərə profil təsvirinə vaxt əlavə etməyə imkan verir. Bununla da təyin edilmiş müddət bitən kimi həmin status avtomatik silinəcək.
Beləliklə, köhnə və ya müvəqqəti məlumatlar profil səhifəsində artıq yer tutmayacaq.
Yeni zamanlama mexanizmi ilə paylaşılan statuslar 30 dəqiqə ilə bir gün arasında görüləcək. Daha çox çevikliyə üstünlük verənlər üçün isə bir aya qədər müddət təyin etmək mümkün olacaq.
İstifadəçilər statusu müddəti bitməzdən əvvəl dəyişdirə və ya silə bilərlər.
“Haqqında” qeydlərinə emojilər əlavə etmək üçün də dəstək var .
Bu funksiyanın sınaq müddətindən sonra tədricən bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.