AZ

66 il öncə Antarktidada ölən alimin qalıqları tapıldı

BAKI, 13 avqust. TELEQRAF

66 il öncə Antarktidada faciəvi şəkildə dünyasını dəyişən britaniyalı alim Dennis Bellin qalıqları tapılıb.

Teleqraf xəbər verir ki, 1959-cu ilin yayında alim və üç həmkarını, eləcə də onların yüklərini xizəklə daşıyan itlər yorularaq əldən düşüb.

Alim itləri irəli getməyə həvəsləndirmək üçün onların önündə getmək məcburiyyətində qalıb.

Bir qədər yol qət edəndən sonra Bell körpüdəki çuxura düşüb. Həmin vaxt onun cəsədini tapmaq mümkün olmamışdı.

66 il sonra Britaniyanın Antarktidakı Tədqiqat Qrupu buzlaqların geri çəkildiyi qayalıqlarda alimin qalıqlarını tapıblar.

"Dennis Bell son dərəcə ağır şəraitdə Antarktidanın kəşfinə töhfə verən elm adamlarından biri idi. 1959-cu ildə itkin düşsə də, onun tədqiqatları alimlər üçün qiymətli mənbə idi" - Britaniyanın Antarktidadakı Tədqiqat qrupunun direktoru bildirib.

Tədqiqatçılar Bellin qalıqları ilə yanaşı, onun yanındakı 200-dən çox şəxsi əşya, o cümlədən radio avadanlığı, fənər və üzəri yazılmış qol saatını da aşkar ediblər.

Seçilən
28
teleqraf.com

1Mənbələr