BAKI, 13 avqust. TELEQRAF
Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.
Teleqraf xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
Yavər Əliyev küçəsində yerləşən hündürmətbəli binanın 9-cu mərtəbəsinin eyvanından yerə yıxılan 1990-cı il təvəllüdlü Sevinc Abdullayeva aldığl xəsarətlərdən ölüb. Onun meyiti müayinə olunması üçün morqa təhvil verilib.
Hazırda S.Abdullayevanın ölümünün səbəbləri araşdırılır.