BAKI, 13 avqust. TELEQRAF
Kaliforniya ştatının San-Bernardino dairəsindəki bir evdən təxminən 30 min dollar dəyərində Labubu oyuncaqları müsadirə edilib.
Teleqraf xəbər verir ki, Çino polisi bir neçə gün ərzində anbardan oğurlanmış qutular aşkar edib. Polis çantalara asılan yumşaq oyuncaqların anbardan nə vaxt götürüldüyünü açıqlamayıb.
Araşdırma aparılıb və nəticədə içində Labubu olan 14 qutu müsadirə edilib.
Oğurlanmış əşyalar sahiblərinə qaytarılıb.
Labubu oyuncaqları "kor qutular" kolleksiyası ilə tanınan Çinin “Pop Mart” şirkəti tərəfindən istehsal edilir və satılır. Bir "kor qutu"nun qiyməti təxminən 27,99 dollar, altı ədəddən ibarət dəstin qiyməti isə 167,94 dollardır. Bəzi eksklüziv Labubu dəstləri yüzlərlə dollar dəyərə malikdir.