BAKI, 13 avqust. TELEQRAF
Çexiyalı televiziya aparıcısı və balıqçı Yakub Vaqner ölkənin Vranov su anbarında 2 metr 68 santimetr uzunluğunda naqqa balığı tutub.
Teleqraf xəbər verir ki, avqustun 4-də Vaqner sahildə nəhəng balığı görüb vəonunla "döyüşə girib".
"Təxminən 50 dəqiqədən sonra o, qayığımın yanında hərəkətsiz qalmışdı. Mən isə tamamilə əsirdim və tükənmişdim", - balıqçı söyləyib.
Fotosessiyadan sonra kişi balığı yenidən su anbarına buraxıb.