AZ

Perplexity AI Chrome-u 34,5 milyard dollara ala bilər

Süni intellektin inkişafı ilə məşğul olan Amerikanın Perplexity AI şirkəti Amerikanın Google şirkətinə Chrome brauzerini 34,5 milyard dollara almağı təklif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, göstərilən məbləğ 18 milyard dollar dəyərində qiymətləndirilən Perplexity AI-nin hazırkı dəyərini üstələyir, lakin şirkət özü bildirib ki, bir neçə investor mümkün sövdələşməni dəstəkləməyə razılaşıb.

Təklif ABŞ Ədliyyə Nazirliyi antiinhisar kampaniyası çərçivəsində 2025-ci ilin martında Google-a qarşı iddia qaldırdıqdan sonra irəli sürülüb.

Məhkəmə axtarış sistemləri bazarında rəqiblər üçün bərabər şərait yaratmaq üçün Google-un Chrome-a sahiblikdən imtina etməsinin zəruriliyi məsələsini nəzərdən keçirir. Bundan əvvəl OpenAI və Yahoo şirkətləri də brauzeri almaqda maraqlı olduqlarını bəyan etmişdilər.

Seçilən
15
2
ucnoqta.az

3Mənbələr