AZ

Gənclər gələcəyi peşə təhsilində görür EKSPERT

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bura sadəcə aşağı ballı tələbələr üçün deyil, istedadlılar üçündür

Elmin Nuri: “Peşə təhsili ali təhsildən daha praktikdir”

2025-2026-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsi başa çatıb.  Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub. Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Müsabiqənin nəticələrinin 16 avqust tarixində elan olunması nəzərdə tutulub.  Qeyd edək ki, peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Qeyd edək ki, müasir dövrdə informasiya bolluğu peşə seçimini mürəkkəbləşdirir və buna görə də doğru peşə seçimi üçün ailə, məktəb və cəmiyyətin daha məlumatlı və dəstəkləyici olması vacibdir. Peşə təhsili sahəsində keyfiyyətin yüksəldilməsi, infrastrukturun inkişafı və tələbələrin əmək bazarının tələblərinə uyğun hazırlanması istiqamətində ciddi islahatlar həyata keçirilir. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, 2026-cı ilə qədər peşə təhsilinə cəlb olunan tələbə sayının artırılması, yeni müasir təhsil müəssisələrinin yaradılması və təhsil proqramlarının yenilənməsi əsas prioritetlərdəndir. Bu tədbirlər gənclərin peşə seçimində daha düzgün qərar vermələrinə şərait yaratmaqla yanaşı, ölkənin əmək bazarının peşəkar kadr ehtiyaclarını da qarşılamağa xidmət edir.

Peşə təhsilinə müraciətlərin sayında müşahidə olunan müsbət dinamikanı şərh edən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin sözlərinə görə, son bir neçə il ərzində peşə təhsil müəssisələrində iştirak səviyyəsi təhsil sistemində real şəkildə artmaqdadır:

"Peşə təhsili Azərbaycanda praktik tətbiqi, məhsuldarlığı və faydalı nəticələri ilə fərqlənir. Artıq peşə təhsil müəssisəsində təhsil alanlar bilirlər ki, hansısa ixtisas üzrə bacarıq əldə edəcəklər, əmək bazarında həmin ixtisasa sahib olaraq işsiz qalmayacaqlar. Bu, böyük göstəricidir. Bu gün universitetdə oxuyan bir çox tələbələr var ki, bitirdikdən sonra hansı işlə məşğul olacaqlarını bilmirlər. Amma peşə və texniki təhsil alan tələbələr daha nikbin və pozitivdirlər. Statistikalarla tanış olsaq görərik ki, peşə təhsil müəssisələrinin əmək bazarına inteqrasiyası bir çox universitetləri qabaqlayır. Müəyyən qədər aşağı nəticə göstərən şəxslərin ali təhsilə qəbulunda məhdudiyyət qoyulmasına qəti ehtiyac yoxdur. Biz peşə təhsilini inkişaf etdirməliyik. Heç nə tam mükəmməl deyil”.

Ekspert qeyd edib ki, peşə təhsil müəssisələrinin sayı və ixtisasları artarsa, tələb də çoxalacaq: 

"Hazırda 78 peşə təhsil müəssisəsində 152 ixtisas tədris olunur. Bunlar yaxşı mənada fərqlənir. Peşə təhsil müəssisələrinin sayı artdıqca, kəmiyyət də artacaq. Peşə təhsilinə olan maraq və münasibət artıq formal səviyyəni aşmalıdır. Bəzən deyirlər ki, peşə təhsil müəssisələri sadəcə aşağı bal toplamış tələbələr üçündür. Xeyr, mən belə düşünmürəm. Bizim peşə təhsil müəssisələrimiz daha istedadlı tələbələrə layiqdir. Peşə təhsil müəssisələrimiz sırf müəyyən bir peşəni yüksək səviyyədə bilmək istəyən uşaqlarla zənginləşməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sherg.az

2Mənbələr