AZ

Çində robot antilop canlı antilop sürüsünə daxil edilib

Bakı, 13 avqust, AZƏRTAC

Çin alimləri robot antilop yaradıblar və onu təbii Tibet antilopları sürüsünə daxil ediblər. Robot canlı antilopla eyni bədən quruluşuna və xəz rənginə malik olub və onun başına kamera quraşdırılıb. AZƏRTAC Çin mətbuatına istinadla xəbər verir ki, onun köməyi ilə alimlər nadir dırnaqlı heyvanların davranışını tədqiq etmək qərarına gəliblər.

Əsl antiloplar əvvəlcə “yeni gələn”ə maraq göstərsələr də, robot onları qorxutmayıb və tədricən onu sürüyə qəbul ediblər. Modelin nümunə sınaqları “Tsinxay Xo Ksil” Təbiət qoruğunda keçirilib, burada dəniz səviyyəsindən hündürlüyü 4600 metrdir. Orada soyuq iqlim hökm sürür, atmosferdə isə oksigen azdır, bu da insanların yaşaması üçün əlverişsizdir. Lakin bu bölgə zəngin və müxtəlif faunası ilə tanınır.

Minlərlə dişi Tibet antilopları hər yay öz balalarını dünyaya gətirmək üçün Zonaq gölünə toplaşır. Bu heyvanlar son dərəcə ürkəkdir.Robot antilop ilk dəfə onlara çox yaxınlaşa bilib.

Modelin real görünməsi üçün alimlər xəz modelləşdirmə və heyvan modellərinin yaradılması üzrə mütəxəssislərə müraciət ediblər. Sınaqlar zamanı robot vəhşi təbiətdə çuxurların, yamacların və bataqlıqların öhdəsindən gələrək 2 kilometr məsafəni uğurla qət edib. “Sinxua” xəbər verir ki, robot antilopun köməyi ilə alimlər nadir növ haqqında unikal məlumat əldə etməyi güman edirlər.

Seçilən
9
4
azertag.az

5Mənbələr