AZ

Pələng ibtidai sinif müəllimini parçaladı

BAKI, 13 avqust. TELEQRAF

Hindistanda pələng 23 yaşlı ibtidai sinif müəlliminə hücum edib.

Teleqraf xəbər verir ki, hadisə Pradeş ştatında yerləşən Penç qoruğu yaxınlığında baş verib.

Yerli məktəbdə işləyən Manoj Dhurve Madhya adlı gənc müəllim göbələk yığmaq üçün meşəyə gedib və evə qayıtmayıb. Yerli sakinlər yırtıcının izləri ilə gedərək tanınmaz hala salınmış cəsəd tapıblar.

Qeyd edək ki, bu, son bir ay ərzində baş verən ikinci oxşar hadisədir. İyul ayında Sundarbanda pələnglər bir nəfəri parçalayıb.

Seçilən
8
teleqraf.com

1Mənbələr