Bakı. Trend:
Rusiyada "WhatsApp" və "Telegram" vasitəsilə səsli və videozənglər yaxın zamanda mümkün olmayacaq.
Trend-inməlumatına görə, qərar artıq ən yüksək səviyyədə qəbul edilib vəbunun “terrorçulara qarşı mübarizə çərçivəsində” həyatakeçiriləcəyi bildirilir.
Məhdudiyyət yalnız zənglərə şamil olunacaq — kanallar və adiyazışmalar isə istifadəçilər üçün əlçatan olaraq qalacaq.