AZ

BMT İsrail və Rusiyanı əsirlərə cinsi təcavüzdə ittiham etdi

BAKI, 13 avqust. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İsrail və Rusiyanı girov və əsirlərə qarşı cinsi zorakılıqda ittiham edib.

Teleqraf xəbər verir ki, BMT baş katibinə görə, İsrail və Rusiya "hərbçiləri münaqişə zonalarında cinsi zorakılıq törədən ölkələr" siyahısına daxil edilə bilər.

Quterreş hər iki ölkənin həbsxanalarında saxlanılan əsir və girovlara cinsi təcavüzə dair etibarlı sübutların olduğunu bildirib.

"Birləşmiş Millətlər Təşkilatının sənədlərində cinsi zorakılıq nümunələri öz əksini tapıb. Məsələn, məhbuslar uzun müddət çılpaq saxlanılır, təhqir olunur və s" - Baş katib qeyd edib.

İsrail BMT müşahidəçilərinin həbsxanalara girişinə icazə vermədiyindən saxlanılan fələstinlilərlə bağlı detallı məlumatlar toplamaq mümkün olmayıb.

BMT rəhbəri deyib ki, Rusiya və İsrail iddiaların araşdırılmasına şərait yaratmalı, hərbçilər üçün cinsi zorakılığı qadağan edən aydın əmr və davranış qaydaları hazırlamalı, həmçinin BMT müşahidəçilərinin həbsxanalara maneəsiz çıxışını təmin etməidirlər.

Mart ayında BMT-nin dəstəklədiyi insan haqları ekspertləri İsraili “cinsi, reproduktiv və digər gender əsaslı zorakılığın sistematik şəkildə istifadəsində” ittiham etmişdilər.

Seçilən
9
teleqraf.com

1Mənbələr