AZ

Qubada 2 nəfərdə 117 ədəd narkotik həb aşkarlandı

BAKI, 13 avqust. TELEQRAF

Qubada polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir.

Teleqraf xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan sakini Yadulla Səmədov saxlanılıb.

Onlardan külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
17
25
teleqraf.com

10Mənbələr