AZ

Putinlə Trampın görüşü Ankoridjdəki hərbi bazada keçiriləcək

ain.az bildirir, Bizimyol portalına istinadən.

Amerikalı rəsmi şəxslər, ABŞ Prezidenti Donald Trampın 15 avqust, cümə günü Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi üçün yer tapmaq və rezervasiya etməkdə tələsiblər. Onlar bu məsələdə çətinliklərlə üzləşiblər, çünki Alaskada yay mövsümünün turizm pik dövrü olduğu üçün iki ölkə liderinin görüşü üçün yer seçimək imkanları məhdud olub.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN məlumat verib.

Məqalədə qeyd olunur ki, sammitin təşkilatçıları bütün mümkün variantları nəzərdən keçirərək, Alaskadakı yalnız Ankoridj şəhərinin bu görüş üçün uyğun olduğunu qərara alıblar. Bundan əlavə, yalnız şəhərin şimal sərhədində yerləşən Elmendorf-Richardson birləşdirilmiş hərbi bazası bu tarixi görüşün keçirilməsi üçün tələblərə cavab verirdi.

Nəşrin məlumatına görə, Ağ Ev, Rusiya lideri və onun ətrafını ABŞ-ın hərbi bazasında ictimai şəkildə qəbul etməkdən qaçmağa çalışırdı. Ağ Evdən iki nümayəndə CNN-ə bildirib ki, məhz bu yerdə ABŞ və Rusiya rəhbərlərinin son dörd ildəki ilk görüşü baş tutacaq.

Hazırlıq prosesi hələ də davam etməkdədir və 12 avqust, çərşənbə axşamı günü ABŞ və Rusiya xarici işlər nazirləri, Marko Rubio və Sergey Lavrov arasında "hazırlıq məsələlərinin bəzi aspektlərini" müzakirə etmək məqsədilə telefon danışığı baş tutub.

Adətən, belə görüşlərdən əvvəl tərəflər arasında gündəm və gözlənilən nəticələr üzərində razılığa gəlmək məqsədilə geniş danışıqlar aparılır. Lakin Ağ Evin rəhbəri bu görüşü "tanışlıq" görüşü kimi qiymətləndirib və onun gedişi ilə bağlı xüsusi gözləntilər barədə daşımayıb. “Prezident hesab edir ki, bu şəxsə qarşı oturub baxmaq lazımdır. Ona birbaşa baxmaq, onunla üz-üzə danışmaq, onu şəxsən dinləmək lazımdır. Onu, sadəcə, ona baxaraq qiymətləndirmək lazımdır” – deyə Rubio radioya verdiyi müsahibədə bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr