AZ

Putin Azərbaycana qarşı daha qatı düşmənçiliyin sifarişini verdi... Heydər Əliyevin heykəllərini hədəfə aldılar...


"Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində Rusiyanın Azərbaycana qarşı düşmənçilik addımları barədə paylaşım edib.

A.Quliyev yazır:

"Kiril Kabanov Putindən xəbərsiz belə bəyanata cürət etməzdi.Həm də bu cür mötəbər status daşıdığı halda .... Kabanov Putinin yanında Vətəndaş cəmiyyətləri və İnsan haqları üzrə Şuranın üzvü, eyni zamanda Milli Antikorrupsiya komitəsinin sədridir. Onun çağırışı Azərbaycanla düşmənçiliyi son həddə çatdırmaq cəhdidir. Kabanov Azərbaycanın Rusiyadan birdəfəlik uzaqlaşdığını, ABŞ, Britaniya, Türkiyə və Ukraynanı dost saydığını iddia edərək təkliflər verib. 1.Ukraynada Azərbaycanın neft- qaz nöqtələrinə dəqiq zərbələr artırılsın. 2.Rusiya ərazisində Azərbaycanın diaspor fəallarının bütün biznesləri boğulsun. 3.Ən absurd tələb budur- Rusiya ərazisində Heydər Əliyevin heykəlləri götürülsün. Sonuncu məsələnin bütün Azərbaycan xalqı üçün həssas mövzu olduğunu nəzərə alsaq , bu yöndə Rusiyanın atacağı addımlar Azərbaycana qarşı qatı düşmənçiliyin bariz nümunəsi olacaq . Azərbaycan dövləti və xalqı bunu siyasi yox, növbəti barbarlıq aktı kimi dəyərləndirəcək. Putin bunu istəyirsə, Kabanov kimilərə rəvac verməkdə davam etsin...."

Mətləb

Seçilən
43
baki-xeber.com

1Mənbələr