AZ

Musa Qurbanlı: Bir qədər silkələndik

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Çox gözəl və möhtəşəm qələbə alındı". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Musa Qurbanlı deyib. Hücumçu Bakıda Şimaki Makedoniya təmsilçisi "Şkendiya"nı məğlub etdikləri (5:1) UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb: "Azarkeşlərimizə gözəl futbol sərgilədik. Bol qollu qalibiyyət olanda fanatlar daha çox sevinirlər. Biz də sevinirik. Pley-off mərhələsinə yüksəlmişik. Əsas raunda vəsiqə qazanmaq şansımız da var. Çox yaxşı hazırlaşmağa çalışacağıq. Ən yaxşı oyunlarımızı göstərərək əsas mərhələyə vəsiqə qazanmaq niyyətindəyik". Qurbanlı pley-offdakı rəqibin onlar üçün fərqi olmadığını söyləyib: "Öz işimizə baxacağıq. Hansı komanda ilə üz-üzə gələcəyiksə, ciddi şəkildə hazırlaşacağıq. Qələbə üçün əlimizdən gələni edəcəyik".Forvard böyükhesablı qələbə qazanmalarına da münasibət bildiri: "Erkən qol buraxanda fikirləşdik ki, bizim üçün yaxşı oldu. Çünki bir qədər silkələndik. Bizdə belə hallar çox olub. Qapımızda tez qol görəndən sonra daha yaxşı oynamağa başlayırıq. Amma istənilən halda meydana qələbə üçün çıxmışdıq".Oyunçu pley-offdakı rəqibin də qalibiyyət əldə etmək istədiyini sözlərinə əlavə edib: "Çünki daha əvvəl bizə uduzublar. Amma bu, fikrimizi yayındırmamalıdır. Öz işimizə baxmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
sport24.az

1Mənbələr