AZ

"Hizbullah"ın silahsızlaşdırılması Tehranı NARAHAT ETDİ

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani çərşənbə günü "Hizbullah" silahlı qruplaşması ilə bağlı münaqişənin həllinə həsr olunmuş danışıqlar aparmaq üçün Beyruta səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Əl Nahar" qəzeti məlumat yayıb.

Bildirilib ki, Laricani Livan prezidenti Cozef Aun, parlamentin sədri Nəbih Berri və baş nazir Navaf Salam ilə görüşəcək. Görüşlər zamanı o, Livanın birliyinin və suverenliyinin gücləndirilməsinə yönəlmiş mühüm strateji mesajı çatdıracaq.

İran elçisinin səfəri Tehran və Livan hakimiyyəti arasında gərginliyin kəskinləşdiyi bir vaxta təsadüf edir. "Hizbullah" rəhbərliyi hökumətin ABŞ və İsrailin təzyiqi ilə irəli sürdüyü 5 avqust silahsızlaşdırma planını rədd etdikdən sonra gərginlik artıb. Bu, hərəkat tərəfdarlarının kütləvi küçə etirazlarına səbəb olub və paytaxtda sabitliyi təhdid edib.

"Hizbullah" parlament fraksiyasının rəhbəri Məhəmməd Raad bildirib ki, İsrailin Cənubi Livanı işğal etdiyi şəraitdə silahdan imtina etmək müqavimət qüvvələri üçün intihara bərabərdir. Eyni zamanda, sağçı xristian partiyası “Livan Qüvvələri”nin lideri Samir Caaca hökumətin qərarını dəstəkləyərək, bunu dövlət hakimiyyətinin bərpası və İran təsirindən azad olma yolunda “tarixi addım” adlandırıb.

Seçilən
49
12
publika.az

10Mənbələr