AZ

"Sumqayıt"dan ilk satış

Premyer Liqanın 1-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Kəpəz" matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyundan bir gün öncə və oyun günü səhər saatlarından etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

Qarşılaşma 17 avqust tarixindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq və saat20:30-da start götürəcək.

Seçilən
9
sportinfo.az

1Mənbələr