İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın "Pari Sen-Jermen" futbol klubunu tərk edib.
Hafta.az xəbər verir ki, bu barədə o, özünün "Instagram" səhifəsində məlumat verib.
"Əziz PSJ azarkeşləri, kluba qoşulduğum ilk gündən öz yerimi qazanmaq və bu klubun hədəfini qürurla müdafiə etmək üçün meydanda hər şey etdim. Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq klubun bir parçası ola bilməyəcəyəm və onun uğurlarına töhfə verə bilməyəcəyəm. Bu qərar məni məyus edir və kədərləndirir. Komanda yoldaşlarıma - ikinci ailəmə - hər oyuna görə təşəkkür edirəm. Bu mənim üçün böyük şərəf idi", - Donnarumma yazıb.
Qeyd edək ki, 26 yaşlı qolkiper 2021-ci ildən PSJ-də oynayıb. PSJ-nin baş məşqçisi Luis Enrike qapıçını heyətdən kənarlaşdırmaq qərarına şəxsən gəldiyini bildirib və əlavə edib ki, ona fərqli tipli qapıçı lazımdır.
Öz növbəsində, italiyalı qapıçı İngiltərənin "Mançester Siti" klubu ilə razılığa gəlib.
Məlumata görə, italiyalı "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə danışıqlar aparıb və müqavilə imzalamağa razılaşıb.