AZ

Fransada nüvə həyəcanı: Elektrik stansiyaları dərhal bağlandı

Fransada atom elektrik stansiyasında meduza istilası səbəbindən elektrik istehsalı dayandırılıb.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, meduza sürüsü stansiyanın dörd nüvə reaktorunun soyutma sistemlərini tıxayıb.

Məlumata görə, potensial nüvə fəlakətinin qarşısını almaq üçün reaktorlar avtomatik olaraq bağlanıb. Bildirilib ki, səlahiyyətlilər filtrləri bağlayan meduzaları çıxarmağa çalışırlar.

Qeyd edək ki, regionda meduzaların sayı son illərdə artmaqdadır. Alimlər onların qlobal istiləşmə səbəbindən sürətlə çoxaldığını vurğulayırlar.

Seçilən
9
publika.az

1Mənbələr